“İndiana”da yeni müdafiəçi
“İndiana” müdafiəçi Bred Uonameykerlə müqavilə imzalayıb. 32 yaşlı basketbolçu komandanın təlim-məşq toplanışında iştirak edəcək.
Azad agent statusuna malik oyunçunun Avropa klublarından birinə keçəcəyi gözlənilsə də, Bred NBA-da qalmaq şansını dəyərləndirib. 2018-ci ildən burada çıxış edən müdafiəçi “Boston”, “Qolden Steyt” və “Şarlott”da çıxış edib.
O, bu ilin martında “Hornets”ə keçib. Bu komandada 22 matça çıxan Bred orta hesabla 6,9 xal toplayıb.
Xatırladaq ki, amerikalı basketbolçu NBA-ya qədər Avropada “Limoj”, “Pistoyyu”, “Daruşafaka” və “Fənərbaxça”da çıxış edib.