İmmobile zədələndi
“Bolonya” klubunun heyətində ciddi itki baş verib. A Seriyası təmsilçisinin hücumçusu Ciro İmmobile sıradan çıxıb.
36 yaşlı forvard A Seriyasının 1-ci turunun “Roma” ilə matçında (0:1) ayaq əzələsindən zədələnib. İtaliya millisinin sabiq üzvü 2 ay yaşıl meydanlardan uzaq qalacaq.












