İmmobile millidən kənarda qaldı
“Latsio”nun futbolçusu Ciro İmmobile zədələnib. Hücumçu İtaliya milli komandasını tərk etməyə məcbur qalıb.
İtaliya Futbol Federasiyasından (FIGC) verilən məlumata görə, futbolçunun zədəsi müəyyən edilib və o, DÇ-2022-nin təsnifat mərhələsinin qarşıdakı matçlarını buraxmalı olacaq.
Roma təmsilçisinin kapitanı sol ayaq əzələsinin zədəli olduğunu açıqlayıb. Artıq millidə onu “Sassuolo”nun hücumçusu Canluka Skamakka əvəz edəcək.
Qeyd edək ki, İtaliya yığması noyabrın 12-də İsveçrə, 15-də isə Şimali İrlandiyaya qarşı oyun keçirməlidir.