“İmişli”nin şikayəti təmin edilmədi

“İmişli”nin şikayəti təmin edilmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “İmişli” klubunun şikayətini təmin etməyib. Bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Premyer Liqasında IV turun “İmişli” – “Sumqayıt” oyununun 67-ci dəqiqəsində “İmişli” komandasının heyətində adı protokolda olmayan İbrahim Əliyev oyuna daxil olduğuna görə “İmişli” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilməsi və 5000 manat cərimə edilməsi barədə İntizam Komitəsinin qərarı qüvvədə saxlanılsın.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 01.11.2025

Növbəti yazı

“Qarabağ”dan inamlı qələbə