“İmişli”nin müdafiəçisinin durumuna aydınlıq gəldi

“İmişli”nin müdafiəçisinin durumuna aydınlıq gəldi

Azərbaycan Premyer Liqasının I turunda “Turan Tovuz”la görüşdə (0:1) “İmişli”nin zədələnən futbolçusu Dioqo Vaskes Rollonun durumuna aydınlıq gətirilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Həkimlərin ilkin rəyinə görə, braziliyalının vəziyyəti sabitdir və ciddi təhlükə yoxdur. Çiynindən aldığı zərbə də tam yoxlanılıb, risk aşkarlanmayıb. Onun müalicə prosesi davam edir.

Qeyd edək ki, Dioqo Vaskes Rollo oyun zamanı rəqibin qapıçısı Andrey Sinenka ilə toqquşub və çiynindən xəsarət alıb.

ETOPAZ

Əvvəlki yazı

“Santos”un baş məşqçisi istefa verdi

Növbəti yazı

“Turan Tovuz”dan yeni transfer