“İmişli”nin legioneri diskvalifikasiya olunub

“İmişli”nin legioneri diskvalifikasiya olunub

“İmişli” legioner futbolçusu Gilyerme Silvanın xidmətindən məhrum olub. Buna səbəb AFFA-nın İntizam Komitəsinin qərarıdır.

Legioner 4 oyunluq diskvalifikasiya edilib. Buna I Liqada XVII turun “İmişli” – “Mingəçevir” oyununda baş verənlər səbəb olub.

Gilyerme Silva görüşün 87-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. Buna gorə futbolçunun özü 4 oyun cəzalandırıllb. “İmişli” isə 300 manat cərimə ödəyəcək.

Qeyd edək ki, bu qarşılaşmada Əsasnamənin tələbi pozulduğuna görə meydan sahibi klub 50 manat cərimələnib.

ETOPAZ

Əvvəlki yazı

Korrea üçün sərt qərar

Növbəti yazı

Bellingem “Çelsi” yolunda