“İmişli”nin baş məşqçisi bəlli oldu
“İmişli”nin yeni baş məşqçisi bəlli olub. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Azərbaycan Premyer Liqasına vəsiqə qazanan bölgə təmsilçisi portuqaliyalı Xorxe Kasqilyaya həvalə edilib.
Onunla 1 illik müqavilə imzalanıb.
Kasqilyanın köməkçiləri Kriştianu Duraeş və Gilyerme Kadete olacaq. Elşad Tahirov qapıçılarla, Ulian Qoqa isə fiziki hazırlıq üzrə məşqçi funksiyasını yerinə yetirəcək.












