“İmişli”dən inamlı qalibiyyət

“İmişli”dən inamlı qalibiyyət

Azərbaycan Premyer Liqasında IX tur davam edir. Bu gün daha bir matç keçirilib.

“Kəpəz” “İmişli”ni qəbul edib. Matç qonaqların üstünlüyü ilə keçib. Juninyo hesabı açıb. Daha sonra Rafael Vieqas fərqi iki topa çatdırıb. Oyunda son nöqtəni Dioqo Almeyda qoyub – 3:0.

Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 25.10.2025

Növbəti yazı

“Barselona”da ciddi itki