“İmişli”dən ilk: 54-cü oldu

“İmişli”dən ilk: 54-cü oldu

“İmişli” Azərbaycan Premyer Liqasında ilk böyükhesablı qələbəsini qazanıb. Bu, V turun “Karvan-Yevlax”la matçına təsadüf edib.

Jorje Kaşkilyanın yetirmələri səfərdə üç cavabsız qol vurublar. İmişlinin eyniadlı klubu yarışın tarixinə böyükhesablı qələbə sevinci yaşayan 54-cü komanda kimi düşüb.  İndiyədək çempionatda oynamış klublardan yalnız 9-u belə qələbə əldə etməyib.

Qeyd edək ki, “Karvan-Yevlax” ikinci böyükhesablı məğlubiyyətini alıb.

ETOPAZ

Əvvəlki yazı

“Zirə”nin tarixində 500-cü qol

Növbəti yazı

Qismətin 150-ci oyunu