“İmişli”dən ev qələbəsi
Azərbaycan Premyer Liqasında IV tur davam edir. İkinci oyun gününə Qubada start verilib.
“İmişli” “Sumqayıt”ı qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Matçın taleyini bir qol həll edib. Mehdi Cənnətovun avtoqolu meydan sahiblərinə qələbə qazandırıb – 1:0.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.












