“İmişli”də yeni hücumçu

“İmişli”də yeni hücumçu

“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi portuqaliyalı futbolçu Dioqo Kardozu ilə anlaşıb. 24 yaşlı mərkəz hücumçusu artıq “İmişli”nin şərəfini qoruyacaq. Futbolçu ilə 2 il 6 aylıq müqavilə bağlayıb.

Qeyd edək ki, Dioqo peşəkar karyerasına Portuqaliyanın “1 Dezembro” klubunda başlayıb, son olaraq isə “Portimonense” U-23 komandasının formasını geyinib. O, eyni zamanda Benfika Akademiyasının yetirməsidir.

ETOPAZ

Əvvəlki yazı

“Qalatasaray”da ciddi itki

Növbəti yazı

“Sabah”dan inamlı qələbə