“İmişli” 1/8 finala vəsiqə qazandı
Bu gün Azərbaycan kubokunda II təsnifat mərhələsinə yekun vurulur. Son oyun günündə daha bir matç baş tutub.
“İmişli” “Cəbrayıl”la qarşılaşıb. Aran təmsilçisi rəqib qapısından 5 top keçirib – 5:1. Bununla da, komanda “Kəpəz”ə rəqib olub.
Qeyd edək ki, 1/8 final mərhələsi dekabrın 3-4-də keçiriləcək.
Azərbaycan kuboku
II təsnifat mərhələsi
31 oktyabr (cümə axşamı)
14:00. “İmişli” – “Cəbrayıl” – 5:1
Baş hakim: Rövşən Rəcəbov
Şamaxı OİK stadionu