İlkaya Türkiyə variantı
İlkay Gündoğan “Mançester Siti”dən ayrılmağa yaxındır. Yarımmüdafiəçinin müqaviləsi mövsümün sonunda başa çatacaq.
Tərəflər yeni anlaşma ilə bağlı razılıq əldə edə bilməyib. Bu üzdən Gündoğan yayda İngiltərə klubunu azad agent kimi tərk edəcək.
İlkayın xidmətində “Qalatasaray” maraqlıdır. Türkiyə klubu onu pulsuz ələ keçirmək istəyir.
Qeyd edək ki, futbolçu cari mövsümün 14 oyununda 2 qol vurub.