İlkay “Milan”ın hədəfində

İlkay “Milan”ın hədəfində

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan daha bir klubun maraq dairəsinə düşüb. Almaniyalı yarımmüdafiəçi karyerasını İtaliyada davam etdirə bilər.

İlkay “Milan”ın transfer hədəfinə çevrilib. A seriyası təmsilçisi yayda azad agent statusu əldə edəcək futbolçunu transfer məbləği ödəmədən heyətinə qatmağı planlaşdırır.

İlkay “Barselona”nın da hədəfindədir. Futbolçu ispaniyalılardan 3 illik müqavilə tələb edib.

ETOPAZ

Əvvəlki yazı

Lukaku İspaniyaya göndərilir

Növbəti yazı

“Qəbələ” Azərbaycan kubokunu qazandı