İlkay Gündoğan “Barselona” və “Arsenal”ın hədəfində

İlkay Gündoğan “Barselona” və “Arsenal”ın hədəfində

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan bir neçə klubun maraq dairəsinə düşüb. 31 yaşlı almaniyalı yarımmüdafiəçinin xidmətində “Barselona”, “Arsenal” və Bundesliqanın bir neçə klubu maraqlıdır.

2016-cı ildən İngiltərə təmsilçisində çıxış edən İlkayın müqaviləsi mövsümün sonunda başa çatacaq. Azad agent statusu alacaq oyunçu yeni klubuna pulsuz başa gələcək.

Qeyd edək ki, İlkay mövsümün 42 oyununda 8 qola imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Mourinyodan Matiçə dəvət

Növbəti yazı

“Mançester Siti” 36 milyonluq müdafiəçi alır