İlk məğlubiyyət
Dünyanın ikinci raketkası Arina Sobolenko mövsümdə ilk məğlubiyyətini alıb. O, Dubay turnirində mübarizəni 1/4 finalda dayandırıb.
Arina Barbara Kreyçikovaya uduzub – 6:0, 6:7(2), 1:6. Belaruslu tennisçi 2023-cü ildə bunadək məğlub olmamışdı. O, ilə 13 qələbə və iki titulla başlayıb. Sobolenko Adelaida və “Australian Open”də çempion olub.