İlk dəfə “onluq”da

İlk dəfə “onluq”da

Tunis tennisçisi Ons Jaber İndian-Uellsdəki turnirin yarımfinalına yüksəlib. O, 1/4 finalda estoniyalı Anett Kontaveyti 7:5, 6:3 hesabı ilə məğlub edib.

Ons karyerasında ilk dəfə WTA-1000 səviyyəli turnirin yarımfinalında oynayacaq. O, rəqibinin 9 oyunluq məğlubiyyətsizliyinə son qoyub.

27 yaşlı tunisli bu qələbə sayəsində ilk dəfə dünya reytinqinin “onluğ”una daxil olacaq. O, gələn həftənin reytinqində ən azı 9-cu olacaq.

Jaber cari mövsüm əldə olunan qələbə sayında da liderdir. Onun aktivində 48 qalibiyyət var.

ETOPAZ

Əvvəlki yazı

Argentina millisinin baş məşqçisi: “Ardıcıl üç oyun keçirmək yorucudur”

Növbəti yazı

“Leykers”də yeni müqavilə