İlin rəmzi komandası
2021-ci ilin rəmzi komandası açıqlanıb. “11-lik” FİFA və “FİFPro”nun birgə keçirdiyi səsvermə ilə müəyyənləşib. Heyət 3-3-4 sxemi ilə qurulub. Buna hücum xəttində ulduzların çoxluğu səbəb olub. Hətta Kilian Mbappe, Məhəmməd Salah və Neymar kimi ulduzlar da kənarda qalıblar.
Qapıçı: Canluici Donnarumma (İtaliya/“Milan”/PSJ)
Müdafiəçilər: David Alaba (Avstriya/“Bavariya”/“Real”), Ruben Diaş (Portuqaliya/“Mançester Siti”), Leonardo Bonuççi (İtaliya/“Yuventus”)
Yarımmüdafiəçilər: Jorjinyo (İtaliya/“Çelsi”), Nqolo Kante (Fransa/“Çelsi”), Kevin de Breyne (Belçika/“Mançester Siti”)
Hücumçular: Kriştiano Ronaldo (Portuqlaiya/“Yuventus”/“Mançester Yunayted”), Erlinq Haland (Norveç/“Borussiya” D), Robert Levandovski (Polşa/“Bavariya”), Lionel Messi (Argentina/“Barselona”/PSJ)