İlin rəmzi heyəti bəlli oldu

İlin rəmzi heyəti bəlli oldu

Qətərin paytaxtı Dohada FIFA-nın qala gecəsi keçirilib. Tədbirdə dünyanın ən yaxşılarının adları açıqlanıb.

İlin rəmzi heyəti də bəlli olub. Bu nominasiya üzrə aşağıdakı futbolçular fərqlənib:

Qapıçı: Emiliano Martines (“Aston Villa”, Argentina);
Müdafiəçilər: Dani Karvahal (“Real”, İspaniya), Ruben Dias (“Mançester Siti”, Portuqaliya), Vilyam Saliba (“Arsenal”, Fransa), Antonio Rudiger (“Real”, Almaniya);
Yarımmüdafiəçilər: Rodri (“Mançester Siti”, İspaniya), Toni Kroos (“Real”, Almaniya), Cud Bellingem (“Real”, İngiltərə);
​Hücumçular: Lamin Yamal (“Barselona”, ​​İspaniya), Erlinq Haland (“Mançester Siti”, Norveç), Vinisius Junior (“Real”, Braziliya).

ETOPAZ

Əvvəlki yazı

Vinisius ən yaxşı seçildi

Növbəti yazı

Ançelottiyə növbəti mükafat