İlin futbolçusu adına 3 namizəd
Afrika Futbol Konfederasiyası (CAF) qitənin ən yaxşı futbolçusu adına 3 namizədi açıqlayıb.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bunlar “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah, “Qalatasaray”ın nigeriyalı forvardı Viktor Osimhen və PSJ-nin mərakeşli müdafiəçisi Əşrəf Hakimidir.
Qeyd edək ki, ötən il bu mükafata “Atalanta”nın hücumçusu Ademola Lukman layiq görülüb.












