İlin ən yaxşıları bəlli oldu

İlin ən yaxşıları bəlli oldu

ESPN öz versiyasına görə 2024-cü ilin ən yaxşı futbolçu və məşqçilərinin adlarını açıqlayıb. Beynəlxalq kabel idman kanalı “Real Madrid” və Braziliya millisinin vingeri Vinisius Junioru ilin oyunçusu seçib.

ESPN-in versiyasına görə, Madrid komandasını çalışdıran Karlo Ançelotti ilin ən yaxşı məşqçisidir.

Bundan başqa, İspaniya millisi ilin ən yaxşı komandası, “Barselona”nın vingeri Lamin Yamal “ilin kəşfi”, Çempionlar Liqasının 1/4 finalı çərçivəsində keçirilən “Real Madrid” – “Mançester Siti” qarşılaşması (3:3) da ilin ən yaxşı oyunu seçilib.

Qadın futbolunda da ən yaxşılar müəyyənləşib: ilin oyunçusu – Aitana Bonmati (“Barselona), ən yaxşı komanda – “Barselona”, ən yaxşı məşqçi – Emma Heys (“Çelsi”, ABŞ millisi).

ETOPAZ

Əvvəlki yazı

Fatih Terim “Əl Şabab”da

Növbəti yazı

Disasi komandanı tərk edir