İlin ən yaxşıları bəlli oldu

Paris Saint-Germain’s French forward #07 Kylian Mbappe (L) reacts to Paris Saint-Germain’s Spanish headcoach Luis Enrique as they attend a training session on the eve of their UEFA Champions League last 16 second leg football match against Real Sociedad at the Reale Arena stadium in San Sebastian on March 4, 2024. (Photo by FRANCK FIFE / AFP)

İlin ən yaxşıları bəlli oldu

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) klublar üzrə ilin ən yaxşı baş məşqçisinin adını açıqlayıb.

Siyahıya Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike başçılıq edir. İspaniyalı mütəxəssis 222 xal toplayaraq birinci pillədə qərarlaşıb.

İkinci yeri İngiltərənin “Çelsi” klubunu çalışdıran Entso Mareska (60 xal) tutub. İlk üçlüyü isə İspaniyanın “Barselona” komandasının baş məşqçisi Hans-Diter Flik (57 xal) tamamlayıb.

İlk “5-lik”də Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Vensan Kompani (42 xal) və İngiltərənin “Arsenal” komandasını çalışdıran Mikel Arteta (24 xal) yer alıblar.

Qeyd edək ki, IFFHS-in illik reytinqi baş məşqçilərin mövsüm ərzində əldə etdiyi nəticələr və komanda performansları əsasında formalaşdırılır.

ETOPAZ

Əvvəlki yazı

“Ovyedo”dan yeni transfer

Növbəti yazı

Messi üçün “Barselona” variantı