İlin ən yaxşıları bəlli oldu

İlin ən yaxşıları bəlli oldu

2024-cü ilin gənc futbolçulardan ibarət rəmzi komandası açıqlanıb. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 20 yaşadək futbolçuların 11-liyini tərtib edib.

Fransadan üç, İngiltərə və İspaniyanın hərəsinin iki oyunçusu rəmzi komandaya daxil edilib. Türkiyəli Arda Güler də 11-likdə yer alıb.

Qapıçı: Giyom Restes (Fransa);

Müdafiəçilər: Riko Lyuis (İngiltərə), Pau Kubarsi (İspaniya), Leni Yoro (Fransa);

Yarımmüdafiəçilər: Arda Güler (Türkiyə), Kobbi Maynu (İngiltərə), Uorren Zair-Emeri (Fransa), Joao Neveş (Portuqaliya);

Hücumçular: Lamin Yamal (İspaniya), Savinyo (Braziliya), Alexandro Qarnaço (Argentina).

ETOPAZ

Əvvəlki yazı

“Şamaxı”da yeni müqavilə

Növbəti yazı

Günün kuponu – 30.12.2024