İlin ən məhsuldar futbolçuları
İFFHS 2022-ci ilin ən yaxşı bombardirlərini açıqlayıb. İlin arxada qalan 4 ayı ərzində bütün turnirlərdə ən çox qol vuran oyunçular müəyyənləşib.
Kərim Benzema bu il vurduğu 22 qolla 1-ci pillədə yer alıb. Kilian Mbappe də eyni sayda qola imza atıb. Lakin yığma və qitə kuboklarındakı qol sayında üstün olan Benzema öndə qərarlaşıb.
yer | futbolçu | klub | yığma | qol |
1 | Kərim Benzema | Real | Fransa | 22 |
2 | Kilian Mbappe | PSJ | Fransa | 22 |
3 | Robert Levandovski | Bavariya | Polşa | 20 |
4 | Mişel Olunqa | Əl Duhail | Keniya | 17 |
5 | Ceymi Maklaren | Melburn Siti | Avstraliya | 16 |
6 | Mehdi Taremi | Porto | İran | 16 |
7 | Darvin Nuñyez | Benfika | Uruqvay | 16 |
8 | Çiro İmmobile | Latsio | İtaliya | 16 |
9 | Kristofer Nkunku | Leypsiq | Fransa | 15 |
10 | İhsan Fandi | Patum Yunayted | Sinqapur | 15 |