İliçiç “Bolonya”ya keçir
“Atalanta”nın futbolçusu Yosip İliçiç komandasını dəyişir. 34 yaşlı yarımmüdafiəçi “Bolonya”nın hədəfindədir.
Onun müqaviləsi 2023-cü ildə başa çatacaq. Transfer qiyməti 1 milyon avroya bərabər olan futbolçunun keçidi bu yay reallaşa bilər.
Lakin onun yüksək maaşı “Bolonya”nı qane etmir. İliçiç ildə 2 milyon avro qazanır.