İkinci yarımfinalçı
Qadın tennisçilər arasında ilin yekun turnirində daha bir yarımfinalçı müəyyənləşib. İspaniyalı Paula Badosa qrup mərhələsinin ikinci turundan sonra növbəti raunda vəsiqəni təmin edib.
Paula yunanıstanlı Mariya Sakkari üzərində qələbə qazanıb – 7:6, 6:4. Ardıcıl ikinci oyunda qalib gələn Badosa ilk iki yerdən birini təmin edib.
Ona qədər Anett Kontaveyt də qrup səddini adlamağı bacarıb. Digər iki yarımfinalçı son turda müəyyənləşəcək.
Qeyd edək ki, Qvadalaxaradakı turnirin mükafat fondu 5 milyon dollardır.