İkinci fransalı

İkinci fransalı

Almaniya Bundesliqasında mövsümün ən yaxşı futbolçusu bəlli olub. Bu ada “Leypsiq”in futbolçusu Kristoffer Nkunku layiq görülüb.

Fransalı yarımmüdafiəçi azarkeşlər, klub nümayəndələri və ekspertlər arasında səsvermənin nəticələrinə əsasən qalib olub. 24 yaşlı futbolçu 34 matçda 20 qol və 13 assistə imza atıb. O, bombardirlər siyahısında “Top-5”ə, assistentlər arasında “Top-3”ə düşüb.

Nkunku mövsüm ərzində 4 dəfə ayın futbolçusu seçilməklə rekorda imza atıb. Kristoffer Bundesliqa tarixində ən yaxşı oyunçu seçilən ikinci fransalıdır. 2008-ci ildə “Bavariya”nın üzvü Frank Riberi bu mükafata sahib çıxıb.

ETOPAZ

Əvvəlki yazı

Fabio “Real”ın hədəfində

Növbəti yazı

Monfis “Rolan Qarros”dan kənarda