İki turnirdən kənar qaldı
Dünyanın ikinci raketkası Novak Cokoviç İndian-Uells və Mayamidəki turnirləri buraxacaq. Serbiyalı koronavirusa qarşı peyvənd olunmadığı üçün ABŞ-a giriş hüququ yoxdur.
Hər iki turnirə sifariş olunan Novak yarışları buraxmaq məcburiyyətində qalıb. İndian-Uellsdəki turnirin əsas setkasında onu Qriqor Dimitrov əvəzləyib. Bolqarıstanlının əvəzinə isə laki-luzer dəvət alacaq.