İkardinin durumuna aydınlıq gəldi
“Qalatasaray”ın futbolçusu Mauro İkardinin durumuna aydınlıq gəlib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hücumçu bu gün tibbi müayinədən keçib. Nəticədə onun ayağının sağ arxa əzələsində 2-ci dərəcə yırtıq olduğu aşkarlanıb. “Sarı-qırmızılar” forvardın müalicəsinə başlanıldığını bildirib.