İkardi zədəsini sağaldır

İkardi zədəsini sağaldır

“Qalatasaray”ın əsas heyət futbolçusu Mauro İkardi tezliklə meydana qayıdacaq. Argentinalı hücumçu zədəsini sağaltmaq üzrədir. 

Müalicə üçün ölkəsinə gedən 29 yaşlı futbolçu İstanbula qayıdıb. Bu mövsüm oynadığı 6 görüşdə 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan İkardinin artıq məşqlərə başladığı bildirilir. 

Klub həkimlərinin nəzarətində olan futbolçunun “Fənərbaxça” ilə derbi matçına qədər hazır olmaq şansı var.

Qeyd edək ki, İkardi dünya çempionatı ilə bağlı yaranan fasilədə məşqdə zədələnib. O, təxminən 3 həftəlik sıradan çıxmışdı. 

ETOPAZ

Əvvəlki yazı

DÇ-2022 3-cü oldu

Növbəti yazı

Fransalılar üçün 29 milyon avro