İkardi “Roma”nın təklifindən imtina etdi

İkardi “Roma”nın təklifindən imtina etdi

PSJ-nin futbolçusu Mauro İkardi “Roma”ya keçməkdən imtina edib. 29 yaşlı hücumçu Fransa klubunda qalmağa üstünlük verib.

Argentinalı forvard parislilərin satmaq istədiyi 11 futbolçu arasında yer alıb. Lakin “Yuventus”la “Montsa”nın da maraq dairəsində olan İkardi Liqa1 təmsilçisindən ayrılmamağa qərar verib.

Qeyd edək ki, PSJ ilə 2 illik müqaviləsi qalan forvard ildə 12 milyon avro qazanır.

ETOPAZ

Əvvəlki yazı

Marselo “Latsio”nun hədəfində

Növbəti yazı

“Bavariya”nın futbolçusu Premyer Liqa klubunda