İkardi “Qalatasaray”da qaldı

İkardi “Qalatasaray”da qaldı

Mauro İkardinin durumuna aydınlıq gəlib. “Qalatasaray” argentinalı ulduzun transferini həll edib.

Fransa mətbuatında “cimbom”un təklifinin PSJ tərəfindən qəbul olunduğu bildirilir. Paris klubu bir il müqaviləsi qalan Ikardinin keçidinə “yaşıl işıq” yandırıb və transferin dəyəri 10 milyon avodir. Mauro İstanbul klubunda illik 8 milyon maaş alacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 10.07.2023

Növbəti yazı

“İnter” onu komandada saxladı