İkardi məşqlərə başlayacaq
“Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardinin dönüş tarixi bəlli olub. Bu barədə “Beinsport” məlumat yayıb.
İkardinin iyulun 7-i İstanbula gəlib məşqlərə başlayacağı gözlənilir.
Yeni transfer Leroy Sane isə 19-23 iyul tarixləri arasında baş tutacaq Avstriya düşərgəsinə qatılacaq.
Qeyd edək ki, “Qalatasaray” yeni mövsümün hazırlıqlarına iyulun 4-də başlayacaq.