İkardi “Fulhem”in hədəfində
“Fulhem” heyətini gücləndirməyi planlaşdırır. Klub PSJ-nin hücumçusu Mauro İkardi ilə anlaşmaya yaxındır.
Transfer məbləği təxminən 12 milyon avro olacaq. PSJ daha 3 milyon avronu müxtəlif bonuslar kimi ala bilər. İkardi ilə “Fulhem” arasında müqavilə ilə bağlı danışıqlar isə son mərhələdədir.