İFAB-dan tövsiyə: Əvəzetmə sayı 5-də qalsın
Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (İFAB) iclası keçirilib. Yığıncaqda oyun zamanı futbolçu dəyişikliklərinin sayı müzakirə olunub.
Hər matçda 5 oyunçu dəyişikliyinin daimi qüvvədə qalmasına müsbət yanaşıldığı bildirilib. Qurum yarış keçirən federasiya və liqalara bu qaydanı daimi saxlamasını tövsiyə edib.
Xatırladaq ki, bu yenilik 2020-ci ilin yazında qəbul edilib. Koronavirus pandemiyası ilə əlaqədar hər komandaya oyunu 3 dəfədən çox dayandırmamaqla 5 dəyişiklik hüququ verilib. Lakin bu qərarın tətbiqi il\ə bağlı qərar vermək hüququ hər yarışın təşkilatçısına verilib.