İcraiyyə Komitəsinin tarixi bəlli oldu
AFFA-nın İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi bəlli olub. Bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.
Tədbir mayın 13-də AFFA-nın inzibati binasında keçiriləcək. Saat 15:00-da başlayacaq iclasın gündəliyində 4 məsələ yer alıb.
1. AFFA-nın inkişafı strategiyasının müzakirəsi
– İnkişaf hədəflərinin müəyyən olunması
– Strategiyanın yazılması
2. Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasının müzakirəsi
3. Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limitinin müzakirəsi
4. 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsi.