İbrahimoviçdən unikal göstərici
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç unikal göstəriciyə imza atıb. O, İtaliya çempionatının 27-ci turunun “Udineze” ilə matçında (1:3) penaltidən qol vurub.
Zlatan 41 yaş 166 günlüyündə fərqlənib. İsveçli bununla da, A Seriyasında qol vuran ən yaşlı futbolçu adına yiyələnib.