İbrahimoviç yenidən millidə
İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç İsveç millisinə çağırılıb. Bir müddət zədədən əziyyət çəkən 40 yaşlı hücumçu DÇ-2022-nin oktyabrda keçiriləcək seçmə oyunlarına dəvət alıb.
İsveçlilər oktyabrın 9-da Kosovo, 12-də Yunanıstanla qarşılaşacaq. İbrahimoviç yeddi aydan sonra millidə meydana çıxmaq imkanına malikdir.
O, bu ilin martında 5 illik fasilədən sonra yığmaya qayıdıb. Zlatan sonradan zədə səbəbindən AVRO-2020 və ötən ay keçirilən seçmə oyunları buraxıb.
Xatırladaq ki, Zlatan millidəki 118 oyunda 62 qol vurub.