İbrahimoviç “Ayaks”da
Zlatan İbrahimoviçin oğlu Maksimilian İbrahimoviç klubunu dəyişib. 19 yaşlı futbolçu icarə əsasında “Milan”dan “Ayaks”a keçib.
Bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İbrahimoviç 2022-ci ildən “Milan”da çıxış edir. O, klubun gənclərdən ibarət komandasında oynayırdı.












