İbrahimoviçə yeni müqavilə təklifi
“Milan” hücumçusu Zlatan İbrahimoviçə yeni müqavilə təklif etməyə hazırlaşır. A seriyası təmsilçisi oktyabr ayında 41 yaşı tamam olacaq futbolçuya yeni sözləşmə təklif edəcək. Lakin İbrahimoviç bu müqavilə ilə razılaşsa, onun maaşı əhəmiyyətli dərəcədə azaldılacaq. Belə ki, oyunçu hazırda illik 7 milyon avro alır. Lakin “Milan” yeni sözləşmə imzalanacağı təqdirdə İbrahimoviçə illik 3 milyon avro ayıracaq. Bonuslarla birlikdə isveçli futbolçunun qazancı 5 milyon avroyadək arta bilər.
Qeyd edək ki, İbrahimoviçin “Milan”la hazırkı müqaviləsi mövsümün sonunda başa çatacaq.