İbrahima Konate: “Azərbaycan millisinə müsbət mənada təəccübləndik“
DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turunda Azərbaycan yığması növbəti matçını keçirəcək. Komandamız Fransa millisi ilə qarşılaşacaq.
Oyundan öncə keçirilən mətbuat konfransında İbrahima Konate iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:
“Parisdəki görüşdə Azərbaycan millisinə müsbət mənada təəccübləndik. Artıq matçın nəticəsi nə olursa-olsun, oynayacağıq. Sabah faciəvi hesab olsa da, siz nəticələrə fokuslanmamalısız. Oyundan zövq almalısız. Fransa xalqının qarşısında öz məsuliyyətimiz var. Bilmirəm kapitan mən olacam, ya yox. Bunu baş məşqçidən soruşmaq lazımdır. Oyun çətin keçə bilər. Amma əsas odur ki, zövq alaq. Bura Fransanı təmsil etməyə gəlmişik. Məqsəd rəqibdən xal almaqdır”.













