İbaka daha bir il “Baks”da
“Miluoki” Serj İbaka ilə yeni müqavilə imzalayıb. 32 yaşlı mərkəz oyunçusu daha bir il “Baks”ın formasını geyinəcək.
İbaka bu ilin fevralında “Klippers”dən keçib. O, indiki klubunda 19 matça çıxıb.
Serjin hesabında 7,0 xal, 5,3 ribaund var.