I Liqa klubunda qabonlu müdafiəçi
I Liqada mübarizə aparan “Difai” heyətini yeni oyunçu ilə gücləndirib.
Ağsu təmsilçisi Ondo Vensleyi sıralarına cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qabonlu müdafiəçi karyerası ərzində Azərbaycanın digər təmsilçisi “Karvan” ilə yanaşı, Moldovanın “Dinamo-Avto” və “Ales” klublarında da çıxış edib.












