I Liqa klubu texniki məğlubiyyət aldı

I Liqa klubu texniki məğlubiyyət aldı

Azərbaycan çempionatının I Liqasında keçirilən “Cəbrayıl” – “Qaradağ Lökbatan” oyununun nəticəsi ləğv olunub. Bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

XX turun matçında “Qaradağ Lökbatan”ın heyətində adları matçın protokolunda olmayan futbolçular oyuna çıxıblar. Bu üzdən Bakı klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Paytaxt təmsilçisi 400 manat cərimələnib.

Qeyd edək ki, görüş 0:0 hesabı ilə başa çatmışdı.

ETOPAZ

Əvvəlki yazı

AFFA klubları cərimələdi

Növbəti yazı

Veysəl Rzayevin cəzası bəlli oldu