“Hyuston”un seriyası “7”yə çatdı
“Hyuston” qələbə seriyasını 7 oyuna çatdırıb. “Bruklin”lə görüşən “Rokets” 114:104 hesabı ilə qalib gəlib.
Bununla da hyustonlular eyni mövsümdə ən azı 15 matçlıq məğlubiyyət və 7 oyunluq qələbə seriyasına imza atan ilk komanda olub. Bu nəticədən sonra hyustonlular Qərb konfransında 13-cü sırada qərarlaşıb. Komandanın hesabında 8 qələbə və 16 məğlubiyyət var.