Hyustonda yarımfinalçılar müəyyənləşdi
Hyustondakı turnirin yarımfinalçıları müəyyənləşib. ATP-250 seriyalı turnirdə 1/4 final səddini adlayan tennisçilər bəlli olub.
Nik Kirios rəqibi Maykl Mmo zədələndiyi üçün oynamadan mərhələ adlayıb. Reylli Opelka da yarımfinala asanlıqla yüksəlib. O, Qeys Braueri iki setdə məğlub edib – 6:3, 7:5.
Kristian Qarin və Con İznerə 1/4 finalı adlamaq üçün 3 set lazım gəlib. Onlar müvafiq olaraq Teylor Frits (6:2, 6:7, 6:3) və Frensis Tiafunu (6:4, 2:6, 6:3) mübarizədən kənarlaşdırıb.