Hurkaç 2-ci dəfə finalda
Dünyanın onuncu raketkası Hubert Hurkaç Torontoda keçirilən “Masters” turnirinin yarımfinalında Kasper Ruudla qarşılaşıb. O, rəqibini üstələyib – 5:7, 6:3, 6:2.
Hurkaç karyerasında ikinci dəfə “Masters” finalına yüksəlib. Bu onun ümumilikdə altıncı ATP finalı olacaq. O, heç vaxt həlledici görüşdə məğlub olmayıb.











