Hummels qərarını verdi
“Roma”nın müdafiəçisi Mats Hummels qərarını verib. O, mövsümün sonunda karyerasını başa vuracaq.
Bu barədə futbolçu rəsmi sosial media hesabında paylaşım edib. “Roma” müdafiəçinin son klubu olacaq.
Xatırladaq ki, dünya çempionu A Seriyası təmsilçisinə mövsümün əvvəlində azad agent statusunda transfer olunmuşdu. O, bu komanda ilə indiyə kimi 18 rəsmi matça çıxıb və 1 qolla yadda qalıb.