Hummels ikinciliyə şərik çıxdı
Mats Hummels “Borussiya”nın heyətində Bundesliqada 349-cu oyununu keçirib. O, bu göstəricidə komandanın sabiq futbolçusu Roman Vaydenfellere çatıb.
Bu, Dortmund klubunun tarixində 2-ci göstəricidir. Mütləq rekord isə Mixael Sorka məxsusdur. O, 463 matça çıxıb.
Hummels ikinciliyə “Verder”lə oyunda şərik çıxıb. Onun komandası bu görüşdə 1:0 hesabı ilə qalib gəlib.