Hoylund “Napoli”nin hədəfində
“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund karyerasını İtaliyada davam etdirə bilər. “Napoli” danimarkalı hücumçunu icarəyə götürmək niyyətindədir.
Neapolluların əsas hücumçusu Romelo Lukaku zədə üzündən təxminən 3 ay yaşıl sahələrdən uzaq qalacaq. İtaliya çempionu Hoylundun keçidi ilə bu problem aradan qaldırmaq istəyir. “Mançester Yunayted” 2028-ci ilədək müqaviləsi olan futbolçuya 40 milyon avro transfer qiyməti qoyub.












